Millimizin vəsiqə qazandığı dünya çempionatının talismanı - FOTO

11:15 20 Aprel 2016

Futzal üzrə dünya çempionatının talismanının təqdimat mərasimi keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin tarixində ilk dəfə vəsiqə qazandığı turnirin rəmzi ayı olacaq.
 

Kolumbiya millisinin formasında olan talisman ölkədə çox yayılan ayını təcəssüm edir. Final mərhələsinə 143 gün qalmış təşkil olunan tədbirdə mundialın biletlərinin satışa çıxarıldığı da elan olunub.
 


Qeyd edək ki,  bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq yarışın püşkatma mərasimi mayın 19-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti