Tomas Müller 150-yə çatdı

13:12 20 Aprel 2016

Dünən Almaniya kubokunun yarımfinal mərhələsində "Bavariya" doğma meydanda "Verder"i 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Sportarena.az xəbər verir ki, oyunda dubl edən Tomas Müller "Bavariya" klubunda 151-ci qolunu vurub. 

Bu göstərici ilə alman o, "Bavariya" tarixində ən çox qol quvar 5-ci futbolçu olub.


Qeyd edək ki, bus göstəriciyə görə ilk 4 yeri Roland Vohlfart (155), Rayner Oxlxauzer (208), Karl-Heinz Rumeniqqe (218) və Qerd Müller (573) tutur.


Xəbər xətti