"Portu" Hulku yenidən transfer etməyə hazırlaşır

15:31 21 Aprel 2016

Portuqaliyanın "Portu" klubu "Zenit"in braziliyalı futbolçusu Hulku yenidən heyətinə qatmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir  ki, bu barədə Portuqaliya klubunun prezidenti Pinto de Koşta futbolçunun agenti Teoder Fonsekoy ilə danışıqlara başlayıb. Lakin, futbolçunun "Zenit"lə 2019-cu ilə qədər müqaviləsi var. "Portu" futbolçunu transfer etmək üçün "Zenit"ə təzminat ödəməli olacaq.


Qeyd edək ki, Hulk 2008/12-ci illərdə "Portu"nun heyətində çıxış edib. O, 2012-ci ildə "Portu"dan "Zenit"ə transfer olub.


Xəbər xətti