Güləşçimiz ikinci görüşündə məğlub oldu

11:11 22 Aprel 2016

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb.


Sportarena.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. 


Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. 

Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. 


96 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə  qazaxıstanlı rəqibini məğlub etsə də, 1/8 final görüşündə Polşa səddini aşa bilməyib.


98 kq 
1/16 final - Yerulan İskakov (KAZ) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (POL) 1:3

 

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.


Xəbər xətti