Turnirin ilk günü taekvondoçularımızdan 4 medal

15:13 22 Aprel 2016

Konya şəhərində təşkil edilən ənənvi “Rumi” Uşaq İdman Oyunlarının ilk günü, yeniyetmə taekvondoçularımız 4 bürünc medala layiq görülüb. 

 

Sportarena.az xəbər verir ki, yığma komandanın üzvlərindən oğlanlar arasında -37 kq çəki dərəcəsində Raul Əsədli, Cavad Ağayev (-53 kq),qızlar arasında isə Röya Süleymanova (-33 kq) və Qönçə Hüseynli (-47 kq) yarımfinal mərhələsinədək inamla irəliləsə də finala vəsiqə qazanmağa müvəffəq olmyib və bürünc medala layiq görülüblər.


Xatırladaq ki,”Rumu” Uşaq İdman Oyunları ənənvi olaraq Türkiyənin Konya şəhərində keçirilir. Sayca 6-cı olan yarışda, taekvondo idman növü üzrə döyüşlərə Almaniya, Belarus, Ukrayna, Yunanıstan, Türkiyə, Konya şəhərinin komandasının yeniyetmə taekvondoçuları qatılıblar.


Xəbər xətti