"Mançester Yunayted" və "Bavariya" skautları Bakıya gələcək

15:36 22 Aprel 2016

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatını izləmək üçün Azərbaycana gələcək klub skautlarının sayı daha da artıb.
 


Sportarena.az xəbər verir ki, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından sonra daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar. 


Müraciət ünvanlayanlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarıdır.


Digər xəbərlər

Xəbər xətti