Nigeriyada biabırçılıq: ölmüş hakim təyinat aldı

00:28 23 Aprel 2016

Yanavr ayında vəfat etmiş hakimi Nigeriyada futbol oyununu idarə etməyə təyin ediblər.

Sportarena.az xəbər verir ki, hazırda ölkə futbol federasiyasında krizis hökm sürür. Belə ki, FİFA tərəfindən təyin edilmiş Amayya Pinniki Kris Civa əvəz etməlidir.
 
FİFA sözsüz ki, ölkə rəhbərliyinin futbol federasiyasının işinə qarışmasına qarşıdır. Bu baxımdan artıq millinin dünya çempionatında iştirakına da qadağa qoyula bilər.
 
Hazırda müvəqqəti olaraq federaisya prezidentliyi vəzifəsini icra edən Diva nüfuzunu gücləndirmək üçün qarşıdakı turun oyunlarına hakim təyinatlarını özü edib. Lakin "çoxbilmiş" prezident Ueyl Akinsanyanın yanvar ayında vəfat etdiyini nəzərə almayıb.


Xəbər xətti