(R) AAAF Parkda “Spa mərkəzi” inşa olunur

10:55 23 Aprel 2016

AAAF Park Yaşayış Kompleksində daha bir möhtəşəm layihə – “Spa Mərkəzi” inşa olunur. Orijinallığı ilə seçiləcək mərkəzin bir çox xidmət sahəsini özündə birləşdirməsi nəzərdə tutulur. Iki min kv.m. yaxın sahəsi olan Spa mərkəzində indiyə qədər görülmüş təmir- tikinti işlər barədə iş icraçısı Məcid – Azəri Səbuhi AAAF TV – yə müsahibəsində söhbət açıb.

Spa mərkəzində qəbul xidməti, kafe-bar sistemi, mətbəx, soyunub-geyinmə otağı, beş massaj otağı, sauna, buxar otağı, buz otağı və başqa otaqların tikintisi hazırda getməkdədir. Bundan əlavə, mərkəz daxilində revmatizm və oynaqların müalicəsi üçün nəzərdə tutulmuş duz otağı, türk hamamı, eyni zamanda, kişi salonu və qadınlar üçün gözəllik salonu, fitness mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə dərinlik və genişliyi ilə seçilən eni 12, uzunu 25 metr olan hovuzunda tikintisi yaxın vaxtlarda başa çatacaq.

Orijinallığı ilə seçilən layihənin dizayneri Ömər Ayhandır. Qeyd edək ki, AAAF Parkda yerləşən Spa Mərkəzin tikintisinin bu ilin oktyabr ayının sonu, noyabr ayının əvvəlində yekunlaşması nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti