"Barselona" 42 milyonluq transfer etməyə hazırlaşır

15:31 23 Aprel 2016

"Barselona"nın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunun PSJ-dən Xavyer Pastoreni heyətinə qatmaq istədiyi iddia olunub.

Pastore karyerasına vətənində - Argentinanın "Talleres" klubunda başlayıb. 2008-ci ildə cəmi 400 min avroya "Hurakan" klubuna transfer olunub. Bir il sonra "Palermo" onu 7 milyon avro qarşılığında Avropaya gətirib. İtaliya klubu 26 yaşlı yarımmüdafiəçini 2011-ci ildə 42 milyona PSJ-yə satıb. Pastore cari mövsümdə heyətə düşməkdə çətinlik çəkir. Belə ki, cəmi 23 rəsmi oyuna çıxıb və 2 qol vurub.
 


Digər xəbərlər

Xəbər xətti