Qazaxıstan millisi Qattuzoya tapşırıla bilər

17:33 23 Aprel 2016

İtaliyanın üçüncü divizionunda yer alan “Piza” klubunun baş məşqçi Cennaro Qattuzo Qazaxıstan Futbol Federasiyasının maraq dairəsinə düşüb.

Sportarena.az “La Gazzetta dello Sport” qəzetinə istinadla xəbər verir ki, “Milan” klubunun sabiq futbolçusu hazırda Qazaxıstan milli komandasına təyin ediləcək başlıca namizəd hesab olunur. Məlum olub ki, baş məşqçi mövsüm sonunda Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq. Tərəflər razılığa gələrsə, Qattuzo baş məşqçilik karyerasını Qazaxıstanda davam etdirəcək.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası rusiyalı Yuriy Krasnojanla ötən ilin dekabrında yollarını ayırıb. Hazırda yığmanın baş məşqçi vəzifəsini Talqat Baysufinov və Nurjen Mazbayev həyata keçirir.


Digər xəbərlər

Xəbər xətti