"Bavariya" çempoinluğun 1 addımlığında

23:39 23 Aprel 2016

Almaniya Bundesliqasında 31-ci turun oyunları davam edir.

İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Səfərdə "Herta"nın qonağı olan "Bavariya" rəqibinə 2:0 hesabı ilə qalib gələrək çempionluğa bir qədər də yaxınlaşıb. Münhen təmsilçisi növbəti turda da qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək. "Borussiya" (Dortmund) isə səfərdə "Ştutqart"ı 3 cavabsız qolla keçib.

Qeyd edək ki, Bundesliqada 31-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

 


Xəbər xətti