Güləşçimiz finala yüksəldi

10:29 24 Aprel 2016

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. 

Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. 

Bu gün 57 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Mircəlal Həsənov mübarizəyə qoşulub. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçimiz Guam təmsilçisi Ethan Tomapa ilə qarşılaşıb. Rəqibini 55 saniyəyə məğlub edən Mircəlal Həsənov növbəti mərhələyə yüksəlib. O, 1/4 final mərhələsində Aleksandru Çirtoacanı məölub edib. Yarımfinal  mərhələsində isə güləşçimiz Sandip tomara qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparır. 

 

57 kq
1/8 final - Mircəlal Həsənzadə - Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final - Mircəlal Həsənzadə - Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (IND) 8*:8


Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.


Digər xəbərlər

Xəbər xətti