Futbolçumuz oynadı, komandası qalib gəldi

12:14 24 Aprel 2016

Sloveniya çempionatında XXXI turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu  Samir Məsimovun çıxış etdiyi "Domjale" səfərdə "Rudar"la qarşılaşıb.
 
Həmyerlimiz oyunun 82-ci dəqiqəsində meydana daxil olub. Matç "Domjale"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Qeyd edək ki,  "Domjale" hazırda 49 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti