"Qalatasaray" qələbəni darmadağınla qazandı

19:05 24 Aprel 2016

Türkiyə Superliqasında XXX turun oyunları keçirlir.

 

Sportarena.az xəbər verir ki, bu gün XXX tur çərçivəsində "Qalatasaray" doğma meydanda "Kasımpaşa" klubunu qəbul edib. Matç "aslanlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xal sayını 44-ə yüksəldən "Qalatasaray" komandası, turnir cədvəlində 2 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, matçda qolları Bilal Kısa,  (13, 1:0), Ezequiel Skarione,  (29,1:1), Lukas Podolski (63, 2:1; 90, 4:1) və Səlcuk İnan  (70, 3:1) vurub.


Digər xəbərlər

Xəbər xətti