Millimiz Avropada medal qazandı

22:55 24 Aprel 2016

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatına start verilib.  Azərbaycan millisi 1/8 final mərhələsində Latviya millisi ilə qarşılaşıb.  
Millimiz rəqibinə 4:1 hesablı qalib gələrək, 1/4 finala yüksəlib.
Bu mərhələdə isə komandamızın rəqibi Polşa yığması olub. İdmançılarımız polyaklara qalib gələ bilməyiblər - 2:3.
Ancaq komandamız hələ ki mübarizəni davam etdirib. Belə ki, yığmamız təsəlliverici görüşlərə qatılıb.
Budəfəki rəqib isə Yunanıstan cüdoçuları olub. Millimiz bu dəfə də qalib gəlib və bürünc medallar uğrunda son görüşdə Fransa ilə mübarizə aparıb. 3:2 hesablı qələbə qazanan yığmamız qitə birinciliyinin bürünc medallarını qazanıb.


Digər xəbərlər

Xəbər xətti