İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu adına aydınlıq gəldi - FOTO

10:28 25 Aprel 2016

İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı oyunçusu adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqada mövsümün ən yaxşı futbolçusu adına "Lester"in yarımmüdafiəçisi Riyad Marez layiq görülüb. 

Dünən baş tutan tədbirdə Marezə Professional Futbolçular Dərnəyi tərəfindən mükafat təqdim olunub.


Xatırladaq ki, mövsümün ən yaxşı futbolçusunu seçmək üçün Premyer Liqa klublarının baş məşqçiləri və kapitanlarının arasında səsvermə aparılıb.

 

Qeyd edək ki, 2014-cü ildən "Lester"in şərəfini qoruyan yarımmüdafiəçi, "tülkülər"in forması ilə 83 matça çıxıb və 24 qol vurub. O, cari mövsüm 36 dəfə "Lester" forması ilə meydanda olub və 18 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. 


Xəbər xətti