Cüdoçularımızı Vətəndə belə qarşıladılar - FOTOLAR

11:59 26 Aprel 2016

Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. 


Sportarena.az xəbər verir ki, Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş idmançılarımızı böyük coşqu ilə qarşılayıblar. Cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.


Qeyd edək ki, Kazanda təşkil olunan Avropa çempionatında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) isə gümüş medal qazanıb. Komanda yarışlarında isə cüdoçularımız tarixdə ilk dəfə bürünc medala sahib olublar.


Digər xəbərlər

Xəbər xətti