Maradona: "Kontenin "Çelsi"yə keçməsi iyrənclikdi"

13:33 26 Aprel 2016

Əfsanəvi Dieqo Maradona İtaliya millisinin baş məşqçisi Antonio Kontenin "Çelsi" ilə müqavilə imzalamasına münasibət bildirib.


Sportarena.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, o, açıqlamasında İtaliya millisinin baş məşqçisinin "Çelsi" kimi kluba getməməli olduğunu bildirib: "Kontenin "Çelsi"yə getməsi iyrənclikdir. Bu, biabırçı bir haldır".


Argentina millisinin sabiq çalışdırıcı ölkəsinin futbolu barədə də mənfi fikirlər səsləndirib: "Mən indi İtaliyanın heç bir klubuna argentinalı futbolçu tövsiyə edə bilmərəm. Sonuncu dəfə "Boka Xuniors"la "River Pleyt"in oyunu mənə B seriyasının matçlarını xatırlatdı".


Qeyd edək ki, hazırda İtaliya yığmasını çalışdıran Konte Avropa çempionatından sonra "Çelsi"yə keçəcək.


Digər xəbərlər

Xəbər xətti