AFFA "Bakı"nı çempionatdan kənarlaşdırdı

13:58 26 Aprel 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda "Bakı" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının çempionatdan kənarlaşdırılmsı barəsində qərar qəbul olunub. Buna paytaxt təmsilçisinin U-15 Liqasında "Xəzər Lənkəran"la səfər matçında iştirak etməməsi səbəb olub.


Sözügedən matçda iştirak etmədiklərinə görə "Bakı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.


Xəbər xətti