"Kəpəz"ə şad xəbər: Namiq Ələsgərov məşqlərə başladı

14:50 26 Aprel 2016

“Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi əvəzlənmək məcburiyyətində qalmışdı. 

İki həftə müalicə olunan futbolçu “sarı-göylər”in “İnter” və “Sumqayıt” ilə oyunlarını buraxmışdı.

Artıq Ələsgərovun zədəsi sağalıb və o, ötən həftəsonu həkim nəzarəti altında yüngül şəkildə fərdi məşqlərə başlayıb. Millinin üzvü sabah komanda ilə birgə hazırlığa qatılacaq. Onun qarşıdakı turda “Rəvan” ilə matçda meydana çıxmaq şansı yüksəkdir. 


Digər xəbərlər

Xəbər xətti