"Kəpəz" sabah başlayacaq

15:32 26 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Sumqayıt” üzərində qazanılan qələbədən (2:3) sonra “Kəpəz”in futbolçularına iki günlük istirahət verilib. 

 

Sportarena.az xəbər verir ki, komanda məşqləri sabah Bakıda bərpa edəcək.


Çempionatın XXXII turunda Gəncədə “Rəvan”ı qəbul edəcək “sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. 


Gəncə təmsilçisi ayın 29-da isə doğma şəhərə qayıdacaq. Komandanın Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək. 

 

Hazırlıq prosesi saat 16:00-da başlayacaq, azarkeşlər və mətbuat üçün açıq olacaq.

 

Qeyd edək ki, “Kəpəz” – “Rəvan” qarşılaşması aprelin 30-da saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti