Buffon rekordçular sırasının bir addımlığında

17:35 26 Aprel 2016

"Yuventus" ardıcıl 5-ci dəfə İtaliya çempionu olub.


Sportarena.az xəbər verir ki, bu, "Yuventus"un 38 yaşlı qolkiperi Canluici Buffonun karyerası ərzində 7-ci  çempionluq olub.
 
Bu göstərici ilə o, İtaliya futbol tarixində ən çox çempionluq qazanmış futbolçular sırasında 2-ci olub. Əfsanəvi qolkiper 7 dəfə mövsümü zirvədə tamamlamış Qaetano Şirea, Roberto Betteqa ("Yuventus"), Alessandro Kostakurta, Paolo Maldini ("Milan") və Çiro Ferraraya ("Napoli", "Yuventus") çatıb.
 
Hazırda çempionluq sayına görə rekord 8 dəfə bu titula yiyələnən Covanni Ferrari, Cüzeppe Furino və Vircinio Rosettanın əlindədi. Buffon növbəti dəfə çempion olacağı təqdirdə rekordçular sırasına düşə biləcək.


Digər xəbərlər

Xəbər xətti