"Volfsburq" hücumçusu ilə yolları ayırdı

19:26 26 Aprel 2016

Almaniya Bundesliqasında mübarizə aparan "Volfsburq" klubu Niklas Bendtnerlə yollarını ayırıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 


2014-cü ildən "Volfsburq"da çıxış edən danimarkalı hücumçu hazırda azad agent statusu daşıyır.
 
Qeyd edək ki, 28 yaşlı futbolçu "Volfsburq"un heyətində 47 oyun keçirib və 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti