AGF Kuboku turnirində ilk gün: 4 qızıl, 5 gümüş və 9 bürünc medal

21:49 26 Aprel 2016

 "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.


Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır. 

İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışıb. 

Yığma komandamızın üzvləri ilk yarış gününü 4 qızıl, 5 gümüş və 9 bürünc medalla tamamlayıb.  

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Komanda hesabında Azərbaycan 92 xalla birinci, Gürcüstan 90 xalla ikinci, İran yığması isə 71 xalla üçüncü pillədə qərarlaşıb.

42 kq
FİNAL - Georgi Çxikvadze (GEO) - Zaur Əliyev 4:2
Bürünc medal - Telman Əliyev
Bürünc medal görüşü - Rəvan Rəcəbov - Azər Muxtarlı 0:9

         

46 kq
FİNAL - Fail İsgəndərov - Məhəmməd Mehrabi (İRİ) 5:9
Bürünc medal görüşü - Elgün Cəfərquliyev - Mirsirac Həsənli 0:7
Bürünc medal görüşü - Akaka Osiaşvili (GEO) - Tale Məmmədov 6:2

50 kq
FİNAL - Ramil İsrailov - Zaur Nuriyev 2:4
Bürünc medal görüşü - Ramaz Silagava (GEO) - Coşqun Xudaverdiyev 6:3
Bürünc medal görüşü - M.Şaabaniabnavi (İRİ) - Zöhrab Sarıyev 6:4

 

54 kq
FİNAL - Həsən Məmmədli - Giorgi Şotadze (GEO) 3:4
Bürünc medal görüşü - Fazil Mirzəyev - Adil Sadıqzadə 0:10
Bürünc medal görüşü - Elnur Musayev - Murad Abbasov 3:4 

58 kq
FİNAL - Leri Abuladze (GEO) - Sənan Abdullazadə 8:0
Bürünc medal görüşü - Həbib Bəşirov - Bahram Marufxani (İRİ) 0:8
Bürünc medal görüşü - Siavaş Mansour (İRİ) - Otar Abuladze (GEO) 0:9

 

63 kq
FİNAL - Beka Beşidze (GEO) - Cavid Mirəliyev 2:8
Bürünc medal görüşü - Nika Korşia (GEO) - Eldar Şıxməmmədov 7:0
Bürünc medal görüşü - Sərxan Kərimov - Abolfazl Zinati Refah (İRİ) 1:10

69 kq
FİNAL - Muhammedmehti Hoşbaxt (İRİ) - Ülvi Qənizadə 0:2
Bürünc medal görüşü - Giorgi Nozadze (GEO) - Şirxan Quliyev 4:9
Bürünc medal görüşü - Levani Gogua (GEO) - Beka Quruli (GEO) 5:0

 

76 kq
FİNAL - Hosein F.Gojehbeiglou (İRİ) - Luka Xutsişvili (GEO) 1:6
Bürünc medal görüşü - Səftər Məmmədov - Giorgi Tsopuraşvili (GEO) 7:2
Bürünc medal görüşü - Luka Taturaraşvili (GEO) - Cavid Yusifov 0:9

85 kq
FİNAL - Tehran Əminzadə - Hamidreza Badkan (İRİ) 3*:3
Bürünc medal - Məhəmməd Alxaslı
Bürünc medal görüşü - Robizon Esadze (GEO) - Giorgi Katsanaşvili (GEO) 3:4

 

100 kq
FİNAL - Saba Tsetsxladze (GEO) - Navid Navehsi (İRİ) 2:5
Bürünc medal görüşü - Tarış Əbilov - Aliakbar Yusufiahmadçalı (İRİ) 0:10
Bürünc medal görüşü - Uğur Hacılı - Zaza Sılaqadze (GEO) 4:3


Digər xəbərlər

Xəbər xətti