"Atletiko" finala ilk addımı atdı- YENİLƏNİB

00:35 28 Aprel 2016

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşma baş tutacaq.

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək matçda Almaniya nəhəngi "Bavariya" İspaniyada "Atletiko"nun qonağı olacaq.


Matçlarda gözəl oyun sərgiləyən hər iki komandanın bu günkü qarşılaşması maraqla gözlənilir. Ölkə çempiontlarının da iddialı klubları olan bu 2 komanda Çempionlar Liqasında da çox istəklidir. 


Hər iki komandanın heyətində ciddi itkilərin olmasına baxmayaraq meydanda gərgin mübarizə yaşanacaq. 


"Bavariya" bu matça ciddi itki ilə cıxacaq. Belə ki, komanda bu matçda  Badtştuber, Jerom Boatenq və Aryen Robbenin xidmətindən istifdə edə bilməyəcəyi gözlənilir.


"Atletiko" da bu matçda 2 futbolçusunun köməyindən istifadə edə bilməyəcək. Komanda zədə səbəbi ilə yarımmüdafiəçi Tyaqo Mendeş və müdafiəçi Dieqo Qodinin köməyindən yararlna bilməyəcək.


27 aprel

Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
 
22:45. "Atletiko" (İspaniya) – "Bavariya" (Almaniya) 1:0

Qol: Saul Niqes, 11 (1:0) 

"Visente Kalderon" 


Digər xəbərlər

Xəbər xətti