"Çelsi" mövsümün ilk transferini etməyə hazırlaşır

12:58 27 Aprel 2016

"Çelsi" "Roma"nın yarımmüdafiəçisi Radca Naynqqolanı transfer etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, London klubu Radja Naynqqolanın transferi üçün "Roma" ilə razılığa gəlib.  "Zadəganlar" bu transferi reallaşdırmaq üçün 36 milyon avrosundan keçməli olacaqlar. İlkin ehtimallara  görə, London klubu futbolçu ilə 5 illik müqavilə imzalayacaq.


Qeyd edək ki, R.Naynqqolan bu mövsüm oynadığı 32 matçda 5 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti