"İnter"in İdman Arbitraj Məhkəməsinə müraciəti nə yerdə qalıb?

14:33 27 Aprel 2016

Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi. Bu qərara əsasən “İnter”ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.

 

Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, klubun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 26.04.2016-cl il tarixdə CAS-a müraciət etmişdir. Məhkəmənin keçirilməsi barədə tarix müəyyən edildikdən sonra rəsmi məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti