Dieqo Simeone oğluna görə sərt cəzalandırıldı

16:53 27 Aprel 2016

İspaniya La Liqasının XXXV turunda "Atletiko" ilə "Malaqa" qarşılaşmasından sonra Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone 3 oyunluq cəzalanıb.


Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb matçın gedişatında "Malaqa" klubunun əks hücuma çıxdığı zaman, "Atletiko"nun baş məşqçisinin topdaşıyandan meydanda 2-ci topu atmasının istəməsidir. 


Meydana atılan 2-ci top "Malaqa"  futbolçularının diqqətini yayındırdığı üçün klub Simeoneni şikayət edib.

Məsələyə baxıldlqdan sonra İspaniya Futbol Federasiyasının İntizam Komitəsi baş məşqçiyə 3 oyunluq cəza verib.


Qeyd edək ki, meydana 2-ci topu atan topdaşıyan uşaq Dieqo Simeonenin oğlu olub. 


Digər xəbərlər

Xəbər xətti