Rəhman Hacıyev: "...orda penalti var idi"

23:05 27 Aprel 2016

"Bugünki oyuna çox pis başladıq. Qoldan sonra ayıldıq. Öz meydanımızda oynayırdıq qələbə qazanmaq istəyirdik. Epizodlarımız da oldu, istifadə edə bilmədik. Cavab Oyununa hazırlaşacağıq"
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun yarımfinal görüşündə "Qəbələ" ilə 1:1-lik heç- heçəyə razılaşan "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib. Hacıyev hakimi penalti epizodunu düzgün qiymətləndirməməkdə ittiham edib:
"Bir epizod oldu ki, orda penalti var idi. Ola bilsin hakim həmin epizodu görmədi amma dəqiq penalti var idi."


Xəbər xətti