Messi, İniesta, Neymar və Suares Türkiyəyə gələcək

13:33 28 Aprel 2016

Dünyanın bir çox ulduz futbolçuları Türkiyənin Antalya şəhərinə gələcək.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Antalyaspor" klubunun prezidenti  Gültəkin Gencer məlumat verib. Onun sözlərinə görə  Eden Azar, İniesta, Neymar, Messi, Suarez başda olmaqla 15 dünya ulduzu  Antalyaya gələcək.
 

Dünyaca tanınmış futbolçuların Antalyaya gəlişinin səbəbi Samuel Eto'oya aid qurumun  10-cu ildönümünü qeyd etməkdir. Bu münasibətlə  "Antalya" Stadion"da ulduz futbolçulardan ibarət dünya yığması  Türkiye seçmə komandası  yoldaşlıq oyunu keçirəcək.
 

Tədbirin  15-17 iyul tarixlərində baş tutacağı planlaşdırılır. Güncer tədbir haqqında danışarkən  Messi, Neymar, Eden Azar, İniestanın görüntülü mesajları ekranda nümayiş etdirilib.


Xəbər xətti