Avropanın daha 6 klubu seleksiya heyətini Bakıya göndərəcək

15:11 28 Aprel 2016

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə daha 6 klubun skautu gələcək. PSJ (Fransa), “Bornmut” (İngiltərə), PSV (Hollandiya), “Borussiya” (Mönhenqladbax, Almaniya), “Hamburq” (Almaniya), “Marsel” (Fransa) klublarının seleksiyaçıları da Bakıdakı yarışı canlı izləyəcəklər. Onlar ölkəmizə səfər edəcəkləri ilə bağlı AFFA-ya müraciət ünvanlayıblar.

Qeyd edək ki, bundan əvvəl “Mançester Siti”, “Arsenal”, “Midlsbro, “Mançester Yunayted” (hamısı İngiltərə), “Sevilya” (İspaniya), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika”, “Porto” (hər ikisi Portuqaliya), “Zalsburq” (Avstriya) klublarının Azərbaycandakı turnirə gələcəkləri məlum olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti