Ceyhun Cavadov: "Bu komandadan ehtiyatlanmağa dəyər"

18:11 28 Aprel 2016

“Rəvan” turnir cədvəlində sonuncu pillədə olsa da, ötən tur Avroliqaya iddialı AZAL-ı məğlub edə bildi. Güclü rəqibdir, oradakı uşaqlar futbol oynamağı bacarırlar”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov klubun rəsmi saytına açıqlamasında deyib.

 

Gənc yarımmüdafiəçi  komandasının Azərbaycan Premyer Liqasının XXXII turunda “Rəvan” ilə keçiriləcək oyun öncəsi belə danışıb: “Bu komandadan ehtiyatlanmağa dəyər. İkinci dövrədə Gəncədə keçirilən ev oyununa rahat çıxmışdıq deyə onlar səfərdən bir xal aparmağa müvəffəq oldular. İndi belə olmamalıdı, rəqibi ciddiyə almışıq. Bizə qələbə lazımdır”.
 


Cavadov qarşıdakı matça hazırlıqla da bağlı fikirlərini bölüşüb: “Oyuna yaxşı hazırlaşmışıq. Sonuncu matçda qələbə qazandığımızdan əhval-ruhiyyəmiz də yerindədir. Uşaqlarla deyib-gülürük, hər şey qaydasındadır”.
 


“Rəvan”a qarşı görüşdə Kərim Diniyev cəzalı olduğundan “Kəpəz”ə kömək edə bilməyəcək. Diniyevin yoxluğu dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Cavadovun meydana çıxmaq şansını artırır: “Baş məşqçimiz sağ olsun, oynamaq üçün mənə mütamadi imkan yaradır. Düzünü desəm, şans gözləyirəm. Meydanda mübarizə aparmağa da hazıram”. 


Digər xəbərlər

Xəbər xətti