"Mançester Siti"dən Ronaldonu transfer etməyəcək

00:28 29 Aprel 2016

"Mançester Siti" klubu "Real"ın hücumçusu Kriştiano Ronaldonu transfer etməyəcək.

Bu barədə klubun idman direktoru Çiki Begiristan məlumat verib. 

"Hazırda bu barədə danışmağın yeri deyil. İlk öncə mövsümü başa vurmalıyıq. Yeni baş məşqçimiz olacaq Pep Qvardiola ilə gələcək planlarımız haqda düşünəcəyik və hədəflərimizlə bağlı danışacağıq. Ancaq Ronaldonun "Real"da xoşbəxt olacağını düşünürəm. Niyə dəyişikliyə ehtiyac duysun ki?".

Qeyd edək ki, mövsümün sonunda "Real"dan ayrılacağı iddia olunan Ronaldo ilə PSJ, "Mançester Yunayted" və "Mançester Siti" klubları yaxından maraqlanır.


Xəbər xətti