"Sevilya"da qorxunc zədələnmə - VİDEO

10:02 29 Aprel 2016

Dünən Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarında "Şaxtyor" doğma meydanda "Sevilya" ilə 2:2 hesablı bərabərlik əldə edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən matçd "Sevilya" klubunda gözlənilməz zədələnmə baş verib. 


Matçın 59-cu dəqiqəsində "Sevilya"nın futbolçusu Konoplyankanın yerinə meydana  Maykl Kron-Dehli daxil olub. O, meydanda yalnız 10 dəqiqə mübarizə apara bilib. Belə ki, oyunun 70-ci dəqiqəsində "Şaxtyor"lu futbolçu ilə ikili mübarizə zamanı Kron-Dehli anidən yerə çırpılıb və göz yaşları içində həkimlərin meydana çağırıb. Hər iki komandanın nə olduğunu anlamadığı bir vaxtda, futbolçunun diz qapağındakı bir sümüyün sınaraq dəridən qırağa çıxdığı görünüb.


Futbolçuya ilkin tibbi yardım göstərildikdən sonra dərhal xəstəxanaya aparıldığı məlum olub.  


Xəbər xətti