Zaur Svanadze: "Azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq"

13:38 29 Aprel 2016

"Sumqayıt"la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur "Qarabağ"la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. "Sumqayıt" yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq".


Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlamasında deyib.


Təcrübəli mütəxəssis komandanın heyətində olan zədəlilər barəsində də fikir bildirib:
"Sezar Meza Kollinin və Kamran Ağayevin "Sumqayıt"la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər".


Digər xəbərlər

Xəbər xətti