Kamal Mirzəyev üçün mövsüm bitdi

14:10 29 Aprel 2016

Ötən həftə keçirilən “Rəvan”-AZAL oyununda zədələnərək meydançanı tərk edən Kamal Mirzəyevin durumuna aydınlıq gəlib. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkim müayinəsindən keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək. Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün K.Mirzəyevin ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.


Xəbər xətti