Karateçilərimiz Avropa çempionatına yollanır

14:47 29 Aprel 2016

Karateçilərimiz 5-8 may tarixlərində Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında iştirak edəcəklər.


Sportarena.az xəbər verir ki, fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamaov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq. 


İdmançılarımız həmçinin kişi və qadınların komanda kumite turnirində çıxış edəcəklər. Asiman Qurbanlı ilə Orxan Heydərli komanda yarışlarında heyətə qatılacaq. Kata çıxışlarında idmançılarımız fərdi yarışlarda iştirak edəcəklər. Roman Heydərovla Neda Rezai mükafatlar uğrunda mübarizə aparacaq.
Məşqçilərdən Vahid Ayvazov, Şahin Xudaverdiyev və Seymur Hüseynov, beynəlxalq hakimlərdən isə Yusif Məmmədov, Cahangir Babayev, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva qitə çempionatına yollanacaq.
 

 
Qeyd edək ki, 51-ci Avopa çempionatında 46 ölkədən 437 idmançı yarışacaq. Fransaya mayın 3-də yola düşəcək 26 nəfərlik heyət bir həftə sonra vətənə dönəcək. 


Digər xəbərlər

Xəbər xətti