Əliyar Ağayev: "Aşkar penalti var idi"

18:03 29 Aprel 2016

"Oyunda həmin qərarı verərkən heç bir şübhəm yox idi. Bunu simulyasiya kimi dəyərləndirdim. Üstəlik, Aleksey Qayın dizini qatlamağı məni yayındırdı".

 

Sportarena.az xəbər verir ki, bunu FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Neftçi" - "Qəbələ" matçında baş vermiş penalti epizodu ilə bağlı fikirlərini bildirərkən deyib.


Ə.Ağayev oyun zamanı "Neftçi"nin qapısına penalti təyin etməsə də, yanlış qərar verdiyini söyləyib: "Hər hansı bir bəhanə axtarmağa dəyməz. Təkrara baxdıqdan sonra məlum olur ki, aşkar penalti var idi".

 

Qeyd edək ki, aprelin 27-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simulyasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.("Report")


Xəbər xətti