Xaqani Məmmədov: "Səhvlər var, əsas odur rüşvətxorluq olmasın"

18:29 29 Aprel 2016

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün hakimlərin idarəçiliyinə dair narazılıqların artması ilə əlaqədar bu gün mətbuat konfransı keçirib. 


Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:

"Son zamanlar bəzi insanlar hakimlik məsələsini qabartmağa başlayıblar. Onlar bundan istifadə edib məni və Ramin Musayevi tənqid edirlər. Bəzi "mütəxəssis"lər günahkar axtarışındadır. Yəqin ki, onlar 10-15 il əvvəl olanları yaddan çıxarıblar. İndi bilərəkdən səhv edən, rüşvət alan hakim yoxdur. Yararsız olan hakimləri də uzaqlaşdırmışıq. Kifayət qədər səviyyəli hakimlərimiz var. Səhvlər var, amma onlar qəsdən edilmir. İndiki gənc hakimlərin hamısını mən tapıb üzə çıxarmışam. Əliyar Ağayev UEFA-da ən perspektivli hakimlərdən biri hesab olunur. Səhvlər olub və olacaq. Əsas odur ki, rüşvətxorluq olmasın".(Azerisport.az)


Digər xəbərlər

Xəbər xətti