Rio-de-Janeyro Olimpiya Oyunlarına artıq tam hazırdır

13:10 30 Aprel 2016

Beynəlxalq Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri xanım Naval Əl Mutavakel Komissiyanın Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyroda təşkil olunan sonuncu – 10-cu iclasının, habelə bu mötəbər yarışla hazırlıq işləri ilə tanışlığın, keçirdiyi görüşlərin yekunları ilə əlaqədar açıqlama yayıb.

Sportarena.az xəbər verir ki, Braziliyanın Azərbaycandakı səfirliyi tərəfindən verilən  açıqlamada xanım Naval Əl Mutavakel Rio Olimpiadasına hazırlıq işlərinin ən son mərhələsinə daxil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, biz bir çox siyasi, iqtisadi çətinliklərə baxmayaraq, Braziliyanın və braziliyalıların uğurlu Yay Olimpiya Oyunları təqdim edəcəklərinə inanırıq. Yerli qurumlar, Milli Olimpiya komitələri, eləcə də Beynəlxalq Olimpiya Komitəsi ilə birgə güclü həmrəylik nümayiş və dəstək nümayiş etdirir. Bütün hazırlıqlar tamamlanmaq üzrədir.

“Təbii ki, ən son mərhələ hər zaman həyəcanvericidir. Qarşıda hələ görüləsi işlər olsa da, ümidvarıq ki, möhtəşəm Olimpiya Oyunları təqdim edə biləcəyik. “Rio-2016” komandası bütün məsələləri yüksək səviyyədə həll etməyə hazırdır və buna çalışır. Bu Olimpiya və Paralimpiya Oyunları braziliyalıların nə dərəcədə mülayim, qonaqpərvər olduqlarını və idmana sonsuz maraq və məhəbbətlərini bir daha bütün dünyaya göstərəcək. “İnanırıq ki, “Rio-2016” xalqın qürur duyacağı möhtəşəm idman yarışı olacaq”, - deyə Naval Əl Mutavakel qeyd edib.

“Rio-2016”-nın prezidenti Karlos Artur Nuzman Əlaqələndirmə Komissiyasının nümayəndə heyətinin Braziliyaya səfərinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu səfər Cənubi Amerikada təşkil olunacaq ilk Olimpiya Oyunlarına gedən yolda bizə son dərəcə kömək etdi. Braziliyada keçirdiyi gərgin iş günlərində bizimlə həmrəy olduğuna və dəstəyini ifadə etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsinə, beynəlxalq federasiyalara, Milli Olimpiya komitələrinə təşəkkür edirik. Möhtəşəm açılış mərasimi avqustun 5-də keçiriləcək. Biz tərəfdaşlarımızla birgə böyük əzmlə çalışırıq və əminik ki, braziliyalılar dünyaya möhtəşəm Olimpiya Oyunları təqdim edəcəklər”.

Artıq “Rio-2016” Olimpiya Oyunlarına hazırlıq işlərinin demək olar ki, 98 faizi başa çatdırılıb, arenalar tam hazırdır. Təbii ki, bu Oyunlar şəhərin və ölkənin inkişafında müsbət stimul olacaq. Aprelin 21-də Yunanıstanda Olimpiya məşəli yandırılıb. Braziliyada Olimpiya məşəli estafeti isə mayın 3-də başlanacaq.(azərtac)


Digər xəbərlər

Xəbər xətti