Viktor Valdes komandasından qovuldu

13:33 30 Aprel 2016

"Mançester Yunayted"in qolkiperi Viktor Valdes icarə əsasında çıxış etdiyi "Standard" klubundan ayrılıb.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Buna səbəb futbolçunun tez-tez zədələnməsi və heyətə düşə bilməməsidir. Futbolçu ilə olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

34 yaşlı qolkiper məxsus olduğu "Mançester Yunayted" klubuna geri dönəcək.

Qeyd edək ki, qış transfer pəncərəsində "Mançester Yunayted"dən icarəyə götürülən Viktor Valdes "Standart" klubunun heyətində 8 matçda forma geyinə bilib.


Xəbər xətti