İbrahimoviç "Qızıl buts"a namizəd oldu

15:57 30 Aprel 2016

Dünən Fransa çempionatında 36-cı tur çərçivəsində keçirilən PSJ - "Renn" matçında ev sahibi komanda 4:0 hesabı ilə qalib gəldi.


Sportarena.az xəbər verir ki, Paris klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç sözügedən matçda dubl edərək çempionatda vuduğu qolların sayını 34-ə çatdırıb. O, bu qolları çıxdığı 28 matçda nail olub.

Bu göstərici ilə isveçli futbolçu Avropanın ən yaxşı 6 liqasının bombardirləri siyahısında, "Barselona"nın hücumçusu Luis Suaresə çatıb.


Sözügədən siyahıda ikinci yeri "Real"ın futbolçusu Kriştian Ronaldo (34 matçda 31 qol) və "Benfika"nın hücumçusu Jonas (32 matçda 31 qol) tutur. 3-cü yerdə isə 32 matçda vurduğu 30 qolla "Napoli"nin futbolçusu Qonzalo İquain qərarlaşıb.


Qeyd edək ki, Avropanın seçilən ən yaxşı bombardiri "Qızıl buts" mükafatını alacaq.


Xəbər xətti