Elxan Məmmədov: "Bakı marafonu növbəti uğurlu və çox maraqlı təşəbbüsdür"

11:10 2 May 2016

"Bakı marafonu Heydər Əliyev Fondunun növbəti uğurlu və çox maraqlı təşəbbüsüdür. Biz bir çox insanın bu böyük idman hadisəsinə həqiqi marağının şahidi olduq".


Sportarena.az xəbər verir ki, bu sözləri mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” şüarı altında keçirilən Bakı marafonunun iştirakçısı, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalitlərə müsahibəsində söyləyib.


Tədbirin sağlam həyat tərzinin təbliğində mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayan E.Məmmədov deyib: “Bu gün marafonda təqribən 7 mindən çox adam iştirak edir. Bu hadisə Azərbaycanda idmanın populyarlaşmasına müsbət təsir göstərir. İştirakçılar arasında təkcə gənclər, yerli sakinlər deyil, müxtəlif dövlət qurumlarının nümayəndələri və əcnəbilər də var. Bütün bunlar startın yaxşı olduğunu göstərir və Bakı marafonunun ənənəvi tədbirə çevriləcəyinə ümid yaradır".


E.Məmmədov sonda deyib: “Biz Azərbaycan rəhbərliyinin ölkəmizdə idmanı populyarlaşdırmaq səylərini tam dəstəkləyirik və bu işdə fəal iştirak etməyə hazırıq”.(AZƏRTAC)


Digər xəbərlər

Xəbər xətti