Qəbələdə atıcılıq üzrə Qran-Pri yarışı keçiriləcək

17:56 2 May 2016

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır. 

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubu tərəfindən təşkil olunan sözügedən turnir bölgələrdə idmanın inkişafını nəzərdə tutan prioritet tədbirlərdəndir.

 

Təməli 2012-ci ildə qoyulan atıcılıq klubun təşkilatçılığı ilə keçirilən Qran-Pri yarışlarının ilki 2014-cü ildə, ikincisi isə 2015-ci ildə baş tutub. Artıq ənənəyə çevrilən növbəti Qran-Pri 6-16 may 2016-cı il tarixində keçiriləcək. Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya və Qətəri təmsil edən 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. (gabalafc.az)


Xəbər xətti