"Qarabağ" klubu haqqında film Şotlandiyada nümayiş olunacaq

22:07 2 May 2016

"Qarabağ" futbol klubu haqda çəkilən film Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək festivalda nümayiş olunacaq.

 

Sportarena.az xəbər verir ki, amerikalı rejissor və ssenari müəllifi Tomas Qoltzun "Qarabağ" klubu haqda lentə aldığı "ON Aggregate" adlı film Qlazqoda keçiriləcək "Radical Film Network Festival"da nümayiş olunacaq. Festivalda ümumilikdə 40 film təqdim olunacaq.

Qeyd edək ki, 52 dəqiqəlik sənədli filmin təqdimatı sabah keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti