(R) "AAAF PARK-ın ən gözəl uşağı" müsabiqəsi başlayır!

23:55 2 May 2016

Yaşayış Kompleksi olması ilə yanaşı, ailəvi istirahət yeri də olan AAAF PARK, uşaqların böyük həvəslə gəldikləri yerdir. Buradakı attraksionlar, əyləncə mərkəzləri, müxtəlif bayram tədbirləri xüsusilə onların marağına səbəb olur, xoş anlar yaşadır.

Kompleksin rəsmi yayım orqanı olan “AAAF PARK” jurnalı, rəsmi feysbuk səhifəsi və internet televiziyası olan AAAF TV bunları nəzərə alaraq uşaqlara həsr edilmiş müsabiqə elan edir. Xatırlayırsınızsa, iki il əvvəl bu cür bir müsabiqə etmiş, “AAAF Parkın ən gözəl uşağı” adı ilə böyük marağa səbəb olan yarışmaya şahid olmuşdu. Bunu nəzərə alaraq, bu şansı sakin və qonaqlara yenidən vermək qərarına gəlib

Qaydalar isə çox sadədir: Kompleksin feysbuk səhifəsini bəyənən hər kəsdən öz uşağının AAAF Park-da çəkdirdiyi şəklini bizimlə paylaşmasını xahiş edirik. Müsabiqənin şərtlərinə əsasən, ən çox “like” yığmış uşaq şəkilləri tərəfimizdən seçiləcək və böyük tirajla çap olunan, nəfis tərtibatı ilə fərqlənən jurnalımızda dərc ediləcək, feysbuk səhifəmizdə və televiziyamızda yayınlanacaqdır.

Bununla yanaşı, uşaqlarınızın sevincinə-sevinc qatacaq hədiyyələrimiz də var. Belə ki, 1-ci yeri tutmuş balacamıza “Limuland” Uşaq-Əyləncə Mərkəzindəki oyun aparatlarından 300 manatlıq pulsuz istifadə kuponu veriləcək. O, doyunca əylənə biləcək, günün, istirahətin keyfini çıxara biləcək. 2-ci yeri tutmuş qalibimiz müvafiq olaraq 150 manat, 3-cü yerə layiq görülmüş uşaq isə 100 manatlıq hədiyyə kuponu ilə mükafatlandırılacaq.
Bu şans qaçmaz!

Elə isə, vaxt itirməyin. Elə indi AAAF Parka tələsin, şəkillərinizi çəkib, bizə göndərin!

Müsabiqənin yeganə şərti uşaq şəklinin AAAF Park Yaşayış Kompleksində çəkilməsidir. Müsabiqə iyunun 1-nə qədər davam edəcəkdir.


Digər xəbərlər

Xəbər xətti