Portuqaliyalı futbol şərhçisi: Azərbaycan millisi ilə oyun çox çətin olacaq

11:07 3 May 2016

Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandası mayın 5-dən etibarən Bakıda start götürəcək Avropa çempionatında ilk oyununu Azərbaycan millisi ilə keçirəcək.

Portuqaliyalı şərhçi Nuno Santos çempionat haqqında öz fikirlərini yerli mətbuatla bölüşərkən deyib ki, Azərbaycan millisi ilə görüş çox çətin olacaq. Öz meydanında 40 min tamaşaçının qarşısına çıxan Azərbaycan yığması ilə oyuna yaxşı hazırlaşmaq lazımdır. Portuqaliyalı şərhçi Avropa çempionatının qalibi olmağa ən real namizədlər sırasında Fransa, İngiltərə və Almaniya millilərinin adını çəkib.

Xatırladaq ki, Nuno Santos "Eurosport" telekanalında oyunları şərh edəcək.(azertac)

 


Digər xəbərlər

Xəbər xətti