"Beşiktaş" azarkeşlərini üzəcək xəbər: Qomez gedir

12:09 3 May 2016

“Beşiktaş”ın almaniyalı ulduzu Mario Qomez komandadan ayrılacaq.

Sportarena.az  xəbər verir ki, almaniyalı futbolçu İtaliyanın “Fiorentina” klubu ilə danışıqlar aparır.

Bu barədə forvard özü rəhbərliyə məlumat verib. O bildirib ki, yayda Florensiya təmsilçisinə geri dönəcək. Əgər “Fiorentina” futbolçunu satarsa, burdan “Beşiktaş”a 50 faiz pay düşəcək. 


Xəbər xətti