(R) Tofiq Heydərov “İqtisadi zona” verilişinin qonağı oldu, təkliflər verdi

15:26 3 May 2016

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sahibkarlar Günü təsis edilib. Artıq bu il ilk dəfə aprlein 25-də “Sabhibkarlar Günü” kimi qeyd edilib. İş adamları bu addımı dövlət başçısı tərəfindən sahibkarlara böyük diqqət və qayğı nümunəsi olduğunu düşünür, verilən qərarı dəstəkləyirlər.

Ümumiyyətlə, Prezidentin tikinti sahəsində çalışan iş adamlarına qarşı əsassız tələblərin yığışdırılması, eyni zamanda, inşaat sektorunun tam sərbəst şəkildə inkişaf etməsi istiqamətində verdiyi tapşırıq və qərarlar yerli sahibkarlarda böyük həvəs yaradıb. Həmçinin “AAAF-İnşaat MMC”-nin təsisçisi Tofiq Heydərovda da.

Aprelin 30-da “ATV” telekanalının efirində yayımlanan “İqtisadi zona” verilişində də məhz bu məsələlərdən söhbət açılıb. Verilişin qonağı olan Tofiq Heydərov tikinti sektorunun bu gün və gələcəyi haqda danışıb, edilən və edilməsi mühüm olan işlər barədə fikir bildirib. Tofiq Heydərov bildirib ki, belə günün təsisinə sevinir və bunun ümumi inkişafa dəstək olacağını, maneələri, hadisələri gündəmə gətirəcək.

Təsisçi qeyd edib ki, “bu gün tikinti sektoru Azərbaycanda 3 əsas amili özündə ehtiva edir. Bunlar böyük vergi ödəmələri, yeni iş yerlərinin açılması və inşaat materiallarının ölkəmizdə istehsalı və istifadəsi üçün böyük stimuldur.

Heydərov rəhbərlik etdiyi şirkətin ötən il büdcəyə 5 milyon manat vergi ödədiyini, bu zamana qədər tikilən layihələrdə 2 mindən artıq adamın müvəqqəti və daimi iş yeri ilə təmin oldunduğu bildirib.

İş adamının narazı qaldığı məqamlar da vardır. Belə ki, Sahibkarlara Dəstək Fondunun tikintilərə kredit ayırmağıdını, əslində isə tam əksinin olmasının vacibliyi bildirildi. Təsisçi büdcəyə böyük vergi ödənilməsi imkanları olduğunu nəzərə alaraq, Fondun kreditləri nəinki güzəştli, hətta faizsiz verməsinin düzgün olacağını dedi: “Regionlarda tikintiyə isə demək olar ki, banklar da kredit vermir. Bu, düz deyil. Hər regionda hər il orta hesabla min nəfər (ölkədə ümumilikdə 50 minə yaxın) ailə qurur, bunun azı 500-ü mənzillə təmin olunmalıdı. Kredit olmalıdır ki, biz bu bazarı doldura bilək”.

Heydərov bu sektora diqqətin artırılmasının vacibliyini bir daha qeyd etdi: “Hamı elə bilir ki, bu gün Azərbaycanda tikinti çoxdu. Mən isə deyirəm ki, əksinə, mənzil bazarında qıtlıq var və ehtiyac daha çoxdur. Səbəb isə çox sadədir: əksər şirkətlər şəhərin mərkəzində, bahalı evlər təklif edir, bu yolla daha çox qazanmaq istəyirlər. Ancaq bu, bir o qədər effekt vermir. Biz, “AAAF-İnşaat MMC” olaraq ayda 100-200 manat, ilkin ödəniş kimi isə 5-7 min manat arasında ödəməklə mənzil sahibi olmaq imkanı yaradırıq. Bu, gənc nəslə, həmçinin dövlətimizin sosial siyasətinə dəstəkdir. Əminik ki, dövlət tərəfindən də bizə dəstək göstərilsə, inkişaf daha çox olar”.

Tofiq Heydərov ölkəmizə maliyyə cəlbi üçün belə bir təklif də etdi: “Xaricdən sərmayədarlar cəb etmək, onlara iş üçün münbit şərait yaratmaq lazımdır. Manatın dollara nisbətinin dəyişməsindən sonra xarici sərmayədarların marağı daha da çoxalıb, imkanları genişlənib. Bu, biz sahibkarlara da böyük köməkdir. Çünki belə olsa, biz də banklardan asılılığımızı bir qədər azalda bilərdik”.


Xəbər xətti