"Qarabağ"ın sabiq futbolçusu satışa çıxarıldı

18:28 3 May 2016

Türkiyə PTT I Liqasında mübarizə aparan “Göztəpə” klubu maliyyə sıxıntıları ilə qarşılaşmaq təhlükəsindədir.

İzmir təmsilçisi yüksək maaş qarşılığında oynayan bir neçə futbolçusunun əmək haqqını verməkdə çətinlik çəkir. 

İzmir təmsilçisi maliyyə sıxıntılarından necə qurtarmağın yolunu tapııb. Belə ki, rəhbərlik mövsümün sonunda bir neçə aparıcı futbolçularını satmaq barədə düşünür. Həmin futbolçuların siyahısında hollandiyalı Robert Maah və “Qarabağ”ın sabiq futbolçusu Leroy Corcun da adı var. Rəhbərlik adıçəkilən futbolçuları satıb, maliyyə problemlərindən qurtulmaq istəyir. 

Qeyd edək ki, Leroy və Maahın “Göztəpə” ilə müqaviləsi 2017-ci ilin yayında başa çatır.


Xəbər xətti